"Qalatasaray"ın futbolçusu Tanquy Ndombele "fast food" yediyi üçün klubdan qovulub.
"Unikal" xəbər verir ki, bu barədə "Fotospor" məlumat yayıb.
Məlumata görə, Çempionlar Liqasında "Bavariya" ilə oyundan (1:3) sonra gecə yarımmüdafiəçi hotelə hamburger, kartof və kola sifariş verib. Komandanın baş məşqçisi Okan Buruk bundan xəbər tutub və futbolçunu cəzalandırıb - o, arıqlayana qədər oynaya bilməyəcək.
Qeyd olunur ki, futbolçunun əvvəllər artıq çəki ilə bağlı problemləri olub. Klub bazasında onun üçün xüsusi hazırlanmış yeməklər yeyirdi.
Ndombele 2023-cü il sentyabrın 4-də "Qalatasaray"a transfer olunub.
Ağarza Elçinoğlu