Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa lideri Emmanuel Makronun Qazaxıstana səfərini şərh edib.

"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. 

"Bu, suveren dövlətdir, əlbəttə ki, bütün ölkələrlə əlaqələr inkişaf edir, bizim Qazaxıstanla yaxşı münasibətlərimiz var, bunlar bizim müttəfiqlərimizdir, biz öz münasibətlərimizi inkişaf etdiririk ”, - Peskov qeyd edib.

Onun sözlərinə görə, Rusiya Qazaxıstanla münasibətləri yüksək qiymətləndirir və Astananın tərəfində qarşılıqlı münasibət görür.

Gülayə Mecid