Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko noyabrın 23-də Minskdə keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasına hazırlığı müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasında enerji, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub: "Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqliyin dərinləşdirilməsi məqsədilə sıx birgə işi davam etdirmək üçün qarşılıqlı öhdəlik təsdiqləndi".

***14:45

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinə zəng edib.

"Unikal" xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidmətinə yaxın "Telegram" kanalı məlumat yayıb.

"Lukaşenko ilə Putin arasında telefon danışığı olub", - məlumatda deyilir. 

Telefon danışığının təfərrüatları açıqlanmayıb. 

Ağarza Elçinoğlu