Ermənistanın indiki hökuməti Rusiyanın regiondan çıxarılmasının tərəfdarıdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Говорит Москва” radiostansiyasına müsahibəsində bildirib. 

O, qeyd edib ki, belə olan halda Paşinyan erməni xalqının şüurunu Qərbdə müttəfiqlər axtarışına və Rusiyaya nifrətə çevirir: "Qarabağa gəlincə, o, artıq Ermənistanda hamıya başa salır ki, Qarabağı ruslar verib, hər şeydə Rusiya günahkardır, bizim bununla əlaqəmiz yoxdur. Hər hansı bir məsuliyyəti özündən götürür. Paşinyan, 2018-ci ildə hakimiyyətə Qarabağı təslim etmək və Rusiyadan ayrılmaq üçün gəldi. 

Hələ sovet dövründə belə başa düşülürdü ki, ermənilərin Azərbaycan SSR tərkibində yaşaması üçün onların təminatları olmalıdır. Zəmanət statusdur. O, Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı. İndi statusdan söz yoxdur, Paşinyan o problemi tamamilə aradan qaldırıb. Biz də ondan sonra razılaşdıq, bəli, biz də bu gün bu mövzudan danışmırıq". 

Deputat qeyd edib ki, onlar ermənilərdən artıq erməni ola bilməz: "Belə yanaşmanın nəticəsidir ki, biz sülhməramlı qoşunlarımızın iştirakı ilə gözümüzün qarşısında faktiki olaraq Qarabağdakı erməni əhalisinin köçməsinə imkan verdik. Bu baş verdi. Sülhməramlıları ora göndərdik, lakin onları aktivləşdirməkdən imtina etdik".

Ağarza Elçinoğlu