Yəmənin Tehrandakı səfirliyi qarşısında Yəmənin Qurtuluş Hökumətinin İsrailə qarşı elan etdiyi müharibəyə dəstək aksiyası keçirilib.

"Unikal" İRNA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları Fələstin xalqına qarşı cinayətlərini pisləyən şüarlar səsləndirib və İsrailin bayrağını yandırıblar. 

Xatırladaq ki, İsrailin Fələstin xalqına qarşı hərbi əməliyyatlarına cavab olaraq Yəmənin Milli Qurtuluş Hökuməti fələstinlilərə dəstək olaraq rejimə qarşı müharibəyə başlayacağını açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının yaşayış məntəqələrinə hücumları bir aya yaxındır ki, davam edir.

Gülayə Mecid