Gürcüstan prezidenti Salome Zurabişvili respublikanın keçmiş rəhbəri Mixail Saakaşvilini əfv edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze bildirib. 

Onun sözlərinə görə, ölkənin hazırkı prezidenti bütün qırmızı xətləri keçir: "Bizi Salome Zurabişvilidən heç nə təəccübləndirmir. Əlbəttə, bu (Saakaşvilinin əfv edilməsi - red.) gürcü xalqına qarşı növbəti xəyanət olacaq". 

Lakin cari ilin iyun ayında Zurabişvili Saakaşvilini əfv etməkdən imtina etməsini izah edib. Onun fikrincə, eks-prezident törətdiyi cinayətlərə görə doqquz illik hakimiyyəti dövründən sağ çıxan, çoxlu qurbanlar verən xalq qarşısında cavab verməlidir.

Ağarza Elçinoğlu