Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan və  “keçmiş müdafiə naziri” Samvel Babayan Ermənistan İstintaq Komitəsinə çağırılıblar.

"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" nəşri komitədəki mənbəyə istinadən məlumat yayıb. 

Bildirilir ki, fəaliyyətini dayandırmış qondarma rejimin nümayəndələri Komitədə dindirilib.

Bununla bağlı nəşr komitənin rəhbərliyi ilə əlaqə saxlayıb. 

"Mən bu suala cavab verməyəcəyəm, çünki araşdırması dərc olunmayan cinayət işləri var", -  İstintaq Komitəsinin sədri Argişti Kyaramyan KİV-ə deyib. 

Gülayə Mecid