Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə 31 oktyabr - 4 noyabr tarixlərində ölkəmizdə I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir. 

"Unikal"ın məlumatına görə, festivalla bağlı 1 noyabr 2023-cü ildə mətbuat konfransı baş tutub. 

TÜRKSOY-un baş katibi Sultan Rayev bildirib ki, festival ilk dəfə Bakıda keçirilir. Bundan sonra digər 5 ölkədə də növbəylə keçiriləcək. Bu heç də təsadüfi deyil. Bu il Azərbaycan teatrının yaradımasından 150 il ötür". 

Festivalın açılış mərasimi İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə baş tutub. 

Ağarza Elçinoğlu