Bu gün Türkiyədə hətta sənət adamları belə Hüseyn Cavidi tanımırlar. 

Bunu "Unikal"a açıqlamasında sənətşünas rejissor İsrafil İsrafilov deyib. 

O qeyd edib ki, bizim ədəbiyyatımız tanıdılmayıb: "Biz onilliklər boyu Türkiyə dramaturqlarının əsərlərinin demək olar ki, əksəriyyətini tamaşaya qoymuşuq. Amma Türkiyədə həvəslə bizim əsərləri tamaşaya qoymurlar. Mən türkiyəli həmkarlarımdan buna görə dəfələrlə incimişəm, onların zənglərin açmamışam ki, Azərbaycan ədəbiyyatına yaxın olan şəxslərin əsərlərini tamaşaya qoyun, amma bunu etmirlər. Ankara teatrının 12 səhnəsi var, amma onların heç birində bizim əsərlər səhnələşdirilmir". 

Ağarza Elçinoğlu