"Ankara İsveçin NATO- ya  üzvlüyünü təsdiqləməyə tələsməyəcək".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Fuat Oktay bildirib. O qeyd edib ki, müvafiq komitə bu məsələni “öz prioritetləri çərçivəsində” müzakirə edəcək.

Fuat Oktay vurğulayıb ki, İsveçin Şimali Atlantika Alyansına üzvlük məsələsi  bəzi digər dövlətlər kimi Türkiyə üçün də aktual deyil.

“İsveçin NATO-ya üzvlüyü gündəliyimizdə ratifikasiyanı gözləyən beynəlxalq müqavilələrdən yalnız biridir” dedi.

Fuat Oqtay qeyd edib ki, “vaxtı gələndə” parlament bu məsələni müzakirə edəcək.

İsveç Rusiyanın Ukraynadakı  əməliyyatına görə Finlandiya ilə birlikdə 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət  edib. 4 aprel 2023-cü ildə Finlandiya rəsmi olaraq alyansa üzv oldu. İsveçin girişi Stokholmda Quranın yandırılması hadisəsi  və Türkiyənin bu məsələdə mövqeyinə görə gecikib.

Macarıstan Türkiyə ilə birlikdə İsveçin alyansa qoşulmasına hələ razı olmayan sonuncu NATO üzvüdür. 2023-cü ilin oktyabrında Türkiyə İsveçə qarşı ritorikasını yumşaldıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən ratifikasiya protokolunu parlamentə təqdim edib.