Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyana qarşı cinayət işi açılıb
"Unikal" xəbər verir ki, o, sosial şəbəkə hesabında ilk məhkəmə iclasının noyabrın 10-da baş tutacağını bildirib.
Məhkəmə informasiya portalının məlumatına görə, Qrant Baqratyan zorakılığa açıq çağırışlarda ittiham olunur.
Xatırladaq ki, Qrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın Baş naziri olub.