Macarıstanın baş naziri Viktor Orban noyabrın 1-də axşam saatlarında Astanaya gedib.

"Unikal" xəbər verir ki, macar siyasətçi Qazaxıstana rəsmi səfərə edib.

"Qazaxıstan rəhbərliyi ilə danışıqlar zamanı ticarət-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə Qazaxıstan-Macarıstan əməkdaşlığının daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq", - Macarıstan hökuməti bildirib.

Orban və Qazaxıstan rəhbərliyinin nümayəndələri arasında bütün görüşlərin noyabrın 2-də baş tutacağı gözlənilir. Macarıstanın baş nazirini hava limanında Qazaxıstan Nazirlər Kabinetinin rəhbərinin müavini Serik Jumanqarin qarşılayıb.

Eyni zamanda, noyabrın 1-də səhər saatlarında Fransa prezidenti Emmanuel Makron səfər üçün Qazaxıstana gəlib. Onun səfəri tarixi hadisə kimi qiymətləndirilib . Səfər çərçivəsində Fransa prezidenti Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb.