Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın təhlükəsizlik şöbəsinin keçmiş rəhbəri Vaçaqan Kazaryana qarşı qaldırdığı iş bağlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qazaryanın həyat yoldaşı Ruzanna Beqlaryan və “Yans” restoranının direktoru Sergey Karapetyan da bu işə qarışıb.
Daha əvvəl məlumat yayılıb ki, Kazaryanın həbs müddəti başa çatdığı üçün həbsdən azad edilib və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə vəsatət təqdim etməyib.
2023-cü il avqustun 22-də Kazaryan və ona bağlı olan şəxslər Baş Prokurorluqla Kazaryan və ona bağlı şəxslərə qarşı iddianın qismən təmin edilməsi üçün barışıq sazişi bağlayıblar.

Xatırladaq ki, Vaçaqan Kazaryan hüquq-mühafizə orqanlarının diqqətinə 2018-ci ilin “məxməri inqilab”ından dərhal sonra gəlib. O, 2018-ci il iyunun 25-də pulla dolu portfellə bankdan çıxarkən saxlanılıb. Onun üzərindən 123 min dollar və 436 milyon dram (904 min dollar) aşkar ediblər. Həyat yoldaşının evində axtarış zamanı onlar 35 milyon dram (72,5 min dollar), 1,11 milyon dollar və 230,5 min avro tapıblar. Kazaryana məxsus “Jans Club”da isə 1,5 milyon dollardan çox nağd pul tapılıb. O, həbs edilib və bir müddət sonra zaminə buraxılıb. İstintaq zamanı o, büdcəyə 5,8 milyon dollar qaytarıb.