Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunun heyətində növbəti qolunu vurub.
“Unikal" xəbər verir ki, 26 yaşlı hücumçu “Oriolik”ə qarşı ölkə kubokunun 1/8 final mərhələsinin oyununda fərqlənib.
Emreli Zaqreb təmsilçisinin heyətində 7-ci qolun müəllifi olub.
Qeyd edək ki, “Dinamo” rəqibini 8:0 hesabı ilə məğlub edib.