Nobel mükafatlı yazıçı Orhan Pamuk Cihangirdə 6 mənzilli yaşayış binasının möhkəmləndirilməsi əvəzinə sökülməsini istədiyi üçün qonşuları tərəfindən məhkəməyə verilib. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Cihangirin məşhur binalarından biri olan 18 mənzilli Taray kompleksində yazıçının 6 mənzili var. O, binanın uçma təhlükəsi olması səbəbindən sökülməsini istəyib. Qonşuları isə Pamuka etiraz edərək binanın restavrasiyaya ehtiyacı olduğunu iddia ediblər.

Bu səbəbdən onlar yazıçını məhkəməyə veriblər. 

Qeyd edək ki, Orhan Pamuk 6 mənzilin heç birində yaşamır. Mənzillərdə onun kitabları yerləşdirilib.