İş adamı İnan Kıraç qızı İpek Kıraçın onun bütün var-dövlətinə əl qoymaq istədiyini əsas gətirərək övladlıqdan çıxarıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, bunun üçün o, məhkəməyə müraciət edib. 

İnan Kıraç hələ 2020-ci ildə xanımı Suna Koçun ölümündən sonra qızının adına olan səhmlərin geri alınması üçün məhkəməyə müraciət etmişdi.

İpek Kıraç da qarşılıqlı olaraq atasını məhkəməyə verib. O, atasının əmlakının müsadirə olunmasını istəyib. 

Nuranə Abbasova