Özbəkistan prezidenti Şavkat Mirziyoyev qanunvericiliyə çoxarvadlılığın təşviqinə görə inzibati məsuliyyətin tətbiqini nəzərdə tutan dəyişiklikləri imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dəyişikliklərə əsasən, iki və ya daha çox qadınla birgə yaşamağa təşviq etmə, bu cür məzmunlu fikir, ideya və ya müraciət yayma, habelə bu cür hərəkətləri təşviq etmə 15-30 əsas hesablama vahidi (405-810 ABŞ dolları) miqdarında cərimə və ya inzibati həbsə səbəb olur”, - Ədliyyə Nazirliyinin açıqlamasında deyilir.