Fransada saxlanılan rusiyalı iş adamı, “Alfa Group”un həmsahibi Aleksey Kuzmiçev vergi fırıldaqçılığı və çirkli pulların yuyulmasında ittiham olunub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa Milli Maliyyə Prokurorluğu məlumat yayıb. 

Prokurorluq onun barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb edib. Lakin Kuzmiçev 8 milyon avroluq girov ödəmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.

Bundan əlavə, iş adamının ölkədən çıxışına qadağa qoyulub. 

Nuranə Abbasova