“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada “Nimburk”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 92:61 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, “Sabah” ilk görüşündə səfərdə Şimali Makedoniya “Mornar”ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub.