"Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi bütün Amerika F-16 qırıcılarını məhv etmək üçün Rusiyaya təxminən üç həftə vaxt lazım olacaq".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, o, Rusiya hava hücumundan müdafiə sisteminin işinin təhlili nəticəsində belə bir nəticəyə gəlib. 

Şoyqu bildirib ki, təkcə oktyabr ayında Ukrayna Silahlı Qüvvələrinin 1400-dən çox hava hücumu silahı, o cümlədən 37 təyyarə və 6 ATACMS raketi məhv edilib.

Rusiya hərbi idarəsinin rəhbəri qeyd edib ki, vurulan təyyarələrin sayı Ukraynaya “vəd edilən” F-16-ların sayından təxminən iki dəfə çoxdur.

“Əgər bizim zenit sistemimiz bu rejimdə işləsə, amerikan qırıcılarını məhv etmək bizə cəmi 20 günə başa gələcək”, - deyə o, qeyd edib.