"Tesla" və "SpaceX"in yaradıcısı , həmçinin X (Twitter) şirkətinin sahibi İlon Mask Meta şirkətinin rəhbəri  Mark Zukerberqə "Facebook"un adını dəyişmək üçün bir milyard dollar təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə “The Babylon Bee” nəşri məlumat yayıb .

Mask onun təklifinin son dərəcə ağıllı olduğunu düşünür. Onun fikrincə, belə rebrendinq Facebook istifadəçilərini daha çox sevindirəcək.

“Mən artıq yeni veb-sayt loqosu üçün bəzi gözəl ideyaları qeyd etmişəm. Məncə, onlar olduqca yaxşıdır. Sadəcə, bəşəriyyət üçün yaxşılıq etməyə çalışırıq”, - Mask bildirib.

Zukerberq rəqibinin təklifinə məhəl qoymayıb və ona özünün Threads sosial şəbəkəsində cavab verib. O, əvvəlcə bu zarafatı ötürmək istədiyini, lakin sonra Maskın təklifi barədə düşündüyünü etiraf edib.

“Bir dəqiqə belə düşünmədiyimi desəm yalan olar. Həqiqətən də Faceboob-da bir şey var...” Zukerberq yazıb.