BMT missiyasının zirehli maşını minaya düşüb, 8 sülhməramlı yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Malidəki Çoxölçülü İnteqrasiya edilmiş Sabitləşdirmə Missiyası (MINUSMA)  özünün "X2 sosial media hesabında yazıb. 

"Bizim karvandakı zirehli avtomobil Qaoya (Mərkəzi Malinin şimal-şərqində yerləşən şəhər) gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə edilib", - deyə məlumatda bildirilir.

MINUSMA qeyd edib ki, bu, oktyabrın 31-dən bəri edilən üçüncü hücumdur.

Ağarza Elçinoğlu