Meksikanın cənubundakı Morelos ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Temisko bələdiyyəsi açıqlayıb. 

Məlumata görə, qəza nəticəsində azı 4 nəfər həlak olub: "Temisko bələdiyyəsinin Tetlama şəhərində hava qəzası ilə bağlı mesaj daxil olub. İlkin məlumata görə, bu, tibbi xidmət təyyarəsi idi, dörd ekipaj üzvü həlak olub".

Rayon prokurorluğu hadisənin səbəblərini araşdırır.

Ağarza Elçinoğlu