Bu günlərdə “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Oradea Universitetinin Coğrafiya fakültəsinin akademik və inzibati heyət təmsilçiləri - Tatar Corina Florina və Tatar Marius İoan Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

"Unikal" xəbər verir ki, səfər müddətində universitetlərarası əlaqələrin gücləndirilməsi, mübadilə proqramlarının say göstəricilərinin artırılması,mümkün imkanların optimallaşdırılması kimi məsələlər ətraflı müzakirə olunub.

Ölkə miqyası üzrə 20000-dən çox tələbəsi olan universitet təmsilçilərinin ATMU-ya işgüzar səfər proqramındakı beynəlxalq əlaqələrin icra mexanizmi və əcnəbi tələbələrin fəaliyyətini əks etdirən təqdimat-çıxışları maraqla qarşılanıb.

Rumıniyanın Oredea Universitetinin nümayəndələri ilə keçirilən görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dos. Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssis İranə Axundova iştirak ediblər.

Səfər proqramının sonunda tərəfdaş universitetin əməkdaşları sertifikatla təltif olunublar.