Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

"Unikal" xəbər verir ki, aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir neçə qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Məhsəti qəsəbəsində aşkarlanan 2,  İ.Cəfərov küçəsində 1, Azərbaycan Bayrağı küçəsində 1 və Səbuhi Əliyev küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində yerləşən 1 ədəd qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.

Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.