Moskva Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini çox gözəl anlayır.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.  

Onun sözlərinə görə, Rusiya “qızıl eynək” taxmır və yeni məhdudiyyətlərə hazırdır.

"Avropa İttifaqı yeni sanksiyalarla çıxış etməyə davam edəcək", - Peskov qeyd edib.

Eyni zamanda, o, əlavə edib ki, Aİ ölkələrində sanksiyalarla bağlı ideya qıtlığı var. Lakin Moskva anlayır ki, yeni sanksiyalar tətbiq olunmağa davam edəcək. O son olaraq bildirib ki, Rusiya bu vəziyyətdən faydalanmağa çalışacaq.

Gülayə Mecid