"Hökumət tərəfindən diplomatlarımızın əməkhaqqılarının maliyyələşdirilməsi üzrə yeni qaydalar tətbiq olunur. Hesab edirik ki, hazırda bizim diplomatların əməyi layiqincə qiymətləndirilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Səfirliklərin mühafizə məsələsinə gəldikdə, nazir bildirib ki, cənab Prezidentin tapşırıqların uyğun olaraq Nazirlər Kabinetində buna həsr olunmuş iclaslar keçirilib:

"Aidiyyəti dövlət qurumları da iştirak edib. Müəyyən tədbirlər hazırlanıb və onların icrasına başlanılıb. Bunlar tək Azərbaycandan tərəfindən asılı deyil. Xarici dövlətdə yerləşən səfirlikdə təmir və s. işlərin görülməsi həmin ölkələrin razılığı ilə əlaqədardır. Ümumilikdə, tədbirlər görülməkdədir".

Qeyd edək ki, deputatlar bir çoxu çıxışlarında səfirliklərin mühafizəsi məsələsinə toxunmuşdular. 

Anar Kəlbiyev