İYİ Partiyanın Eskişehir şəhərindən seçilən millət vəkili İdris Nəbi Hatipoğlu partiyasından istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə deputat özünün sosial şəbəkə hesabında açıqlayıb.

"Böyük Türk Millətinin nəzərinə çatdırım ki, Türkiyəni və Əskişəhəri sevən bir insan olaraq siyasi səyahətimdə seçkilərdən bəri İYİ Partiyası ilə dərin fikir ayrılıqları yaşayıram. Partiyadaxili müşavirə prosesimiz düzgün getmədiyi üçün partiya lideri Meral xanım Akşenerə məlumat verərək İYİ Partiyadan istefa verirəm", - deyə Hatipoğlu qeyd edib.

Ağarza Elçinoğlu