Ermənistanın Milli Təhlükəsizlik Xidməti əməliyyat tədbirləri nəticəsində qabaqcadan razılaşdırılan terrorun qarşısını alıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, saxlanılan 5 nəfər partlayış və digər ictimai təhlükəli əməllər törətməyə hazırlaşıblar. 

Eyni zamanda, cinayətkar dəstə üzvlərinin yaşadığı ünvanlarda axtarışlar aparılıb, nəticədə odlu silah, döyüş sursatı, 1 ədəd siqnal partlayıcı qurğu, iki stasionar qaz balonları, manometrli iki ədəd deşici alət, döyüş sursatı parçaları ilə dolu çanta, zirehli hərbi geyimlər, nişan alma cihazı, əl qandalları, telekommunikasiya vasitələri, videomüşahidə cihazları, terrorun həyata keçirilməsinə hazırlıq hərəkətlərinə dair açıq və gizli qeydləri olan sənədlər və s. ələ keçirilib. 

İstintaq davam etdirilir. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.  

Ağarza Elçinoğlu