Gürcüstanda səfərdə olan ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov bu ölkənin ədliyyə nazirinin müavini Beka Caniaşvili ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə iki ölkənin hüquq-mühafizə, xüsusən də ədliyyə orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı Tbilisidə “Məhbusların və məhkumların reabilitasiyası və yenidən sosiallaşması prosesində yeniliklər” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, bu cür görüşlər həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli əməkdaşlığı daha da genişləndirir və möhkəmləndirir.