İsrail Müdafiə Qüvvələrinin mühəndis qüvvələri Qəzza zolağının artıq nəzarətdə olan ərazilərdə HƏMAS-ın tunellərini məhv etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumata görə, hərbçilər tunelləri dağıtmaq, HƏMAS yaraqlılarının qurduqları tələləri partlatmaq və terrorçuları öldürmək üçün müxtəlif növ robotlar və partlayıcı qurğulardan istifadə edir.

"Bura ölüm zonasına çevriləcək. Onlar səhv etdilər, qaça bilməyəcəkləri yeri seçdilər. Tunellərdə öləcəklər", - İsrail ordusunun Cənub Komandanlığının yüksək rütbəli zabiti bildirib.

Ağarza Elçinoğlu