Albaniyada müxalif deputatlar bəzi qanunvericilik dəyişikliklərinin müzakirəsi planlaşdırılan parlamentin iclasını əngəlləyiblər.

"Unikal" xəbər verir ki, müxalifət partiyalarından olan deputatlar, xüsusilə də ana müxalifət partiyası olan Albaniya Demokratik Partiyasının (PD) deputatları parlamentdəki müzakirələrin qarşısını almaq üçün tribunanın qarşısına stullar qoyub, tüstü bombaları atıblar.

Sessiyanın açılışındakı çıxışında Albaniya parlamentinin sədri Lindita Nikolla baş verənləri “Albaniya parlamenti üçün utanc” kimi qiymətləndirib.

Parlamentdəki bütün gərginliyə baxmayaraq, deputatlar bəzi qanun layihələrini təsdiqləyiblər, daha sonra parlamentin sədri Nikolla iclası yekunlaşdırıb.

Gülayə Mecid