Ukrayna prezidentinin aparatının keçmiş müşaviri Aleksey Arestoviç prezident seçkilərində iştirak etmək niyyətindədir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, davam edən müharibə səbəbindən hələlik seçkilərin tarixi məlum deyil. 

Prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala Aretoviç cavab verdi ki, namizəd olmaq niyyətindədir. O, həmçinin bildirib ki, sosial şəbəkələrdə dərc olunan siyasi, iqtisadi, sosial, hərbi və digər islahatlarla bağlı təkliflər onun seçkiqabağı proqramıdır.

Ağarza Elçinoğlu