Nursultan Nazarbayev Beynəlxalq Hava Limanının əməkdaşı iş yerində dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb. 

"2023-cü il noyabrın 2-də Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında huşsuz vəziyyətdə olan sürücü iş yerində - sərnişin və yük maşınının yükləmə salonunda tapılıb. Dərhal tibbi xidmətə müraciət edilib. Həkimlər sürücünün bioloji ölümünü qeydə alıblar", - Astana Beynəlxalq Hava Limanının rəsmi nümayəndəsi Toiqul Jubanysova bildirib.

Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin istintaq və təcili əməliyyat qrupu tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Sürücünün meyiti təcili yardım maşını ilə hava limanının tibb məntəqəsindən Astananın Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.

Ağarza Elçinoğlu