Anklavlar məsələsi müzakirə mövzusudur.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
O, qeyd edib ki, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası çərçivəsində bütün növ məsələlər hüquqi əsaslara malik olduqda, xəritələşdirilir və ikitərəfli sazişlərdə qeydə alınırsa, müzakirə edilir: "Biz deyirik ki, delimitasiya və demarkasiyanın hüquqi bazası dəqiqləşdirilir, sülh sazişi imzalanır və proseslər başlayır. Ərazi nömrələri ən son sovet ensiklopediyasından götürülüb. Hər iki tərəfin istifadə edə biləcəyi xəritələr var. Yəni burada hər hansı qaranlıq məsələlər axtarmağa ehtiyac yoxdur.
Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli və bunu yazılı şəkildə qəbul etməlidir".
Ağarza Elçinoğlu