Belarusla sərhəddə qanunsuz miqrantların ölkəyə girişinin qarşısını alarkən Polşa sərhədçisi və bir polis yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Respublika Sərhəd Mühafizəsinin saytında məlumat dərc olunub.
Təxminən 10 nəfərdən ibarət qrupun Belarusdan Polşaya soxulmaq cəhdinin qarşısını aldıqdan sonra zabitlərə hücum eidlib: "Melnikdə Sərhəd Mühafizəsinin bölməsinin ərazisinə hücum zamanı bir sərhəd zabiti və bir polis əməkdaşı yaralanıb. Birincisi başından, ikincisi qolundan daşla yaralanıb. Onların həyatları təhlükədə deyil".
Qeyd edilib ki, son 24 saat ərzində İran və Somali vətəndaşları da daxil olmaqla 86 nəfər Belarusdan Polşaya qanunsuz daxil olmağa cəhd edib. Polşa sərhədçiləri sərhədi qanunsuz keçməyə köməklik etdikləri üçün üç nəfəri saxlayıblar. Onların hamısı Ukrayna vətəndaşlarıdır.
Ağarza Elçinoğlu