ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə Hindistan-Sakit okean regionuna səfər edərək.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Hindistanda ABŞ hərbi departamentinin rəhbəri hindistanlı həmkarı Rajnath Singh ilə görüşəcək, onunla ikitərəfli INDUS-X təşəbbüsü çərçivəsində müdafiə-sənaye əməkdaşlığının genişləndirilməsi və innovativ inkişaf məsələlərini müzakirə edəcək. Ostin ABŞ dövlət katibi Antoni Blinkenlə birlikdə hindistanlı həmkarları ilə “2+2” formatında danışıqlar aparacaq. Ostin və Blinken daha sonra Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.
Cənubi Koreyaya səfəri zamanı Ostin Cənubi Koreyanın milli müdafiə naziri Şin Von-sik ilə görüşəcək və illik təhlükəsizlik məsləhətləşmələrində iştirak edəcək, həmçinin Asiya respublikasında yerləşən ABŞ hərbi qulluqçuları ilə görüşəcək.
Bundan sonra ABŞ-ın müdafiə naziri İndoneziyaya yollanacaq və burada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Müdafiə Nazirlərinin 10-cu Toplantısında iştirak edəcək. Ostin müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün ASEAN-ABŞ formatında asiyalı həmkarları ilə qeyri-rəsmi görüş keçirəcək.