Ermənistan-İran sərhədində yeni gömrük məntəqəsi tikiləcək.
"Unikal" xəbər verir ki, Ermənistan-İran dövlət sərhədində yeni gömrük məntəqəsi tikiləcək.
Məlumata görə, Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan deyib:
“Mehridə tikiləcək gömrük məntəqəsi bütün standartlara cavab verəcək. Bu məntəqənin istifadəyə verilməsi sənədləşmə prosedurlarını sürətləndirəcək və gömrük nəzarətinin səmərəliyini artıracaq”.