ABŞ Rusiyadan olan 30 fiziki və 200-ə qədər hüquqi şəxsə, həmçinin Özbəkistanın 1 qurumuna qarşı ixrac məhdudiyyətləri qoyub.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.Bu strukturların Rusiya hərbi-sənaye kompleksinə, həmçinin pilotsuz uçuş aparatlarının alınmasına yardım etdiyi bildirilir.
Departamentin məlumatına görə, bu strukturlar “ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə zidd olan hərəkətlərdə” iştirak edir.
Sanksiyalara "Lanset" PUA-sının yaradılmasında iştirak edən Zaxarov, onun ailə üzvləri də daxil edilib.