"Saakaşvilinin əhval-ruhiyyəsinin necəliyi, mübarizəsi və davam etməsi özünün və tərəfdarlarının işidir"
"Unikal" xəbər verir ki, bunu Ədliyyə naziri Rati Breqadze jurnalistlərə eks-prezident Mixail Saakaşvilinin sabahkı məhkəməsi ilə bağlı danışarkən deyib.
Breqadzenin sözlərinə görə, Mixail Saakaşvili həkimlərin tövsiyəsindən sonra “Vivamed” klinikasından penitensiar müəssisəyə köçürüləcək.
“Sizə bir şeyi deyim ki, transfer həkimlərin tövsiyəsi olandan sonra baş tutacaq”, - Breqadze bildirib.