“Ermənistan və Azərbaycan rəsmilərinin sülhlə bağlı müsbət bəyanatları İranda keçirilən 3+3 görüşünün müsbət nəticələrindən biri kimi dəyərləndirilməlidir”.
"Unikal" xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin “X” hesabında yazıb:
“Ermənistan və Azərbaycan rəsmilərinin sülhlə bağlı müsbət bəyanatları İranda keçirilən 3+3 görüşünün müsbət nəticələrindən biri kimi dəyərləndirilməlidir. Bakı bildirib ki, Qarabağ azad edildikdən sonra sülh müqaviləsini imzalamaq asanlaşıb. İrəvan da bəyan edib ki, Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan hökumətinin planlarına daxildir”.