BMT-nin baş katibi Antonio Quterreş İranda vətəndaşların kütləvi şəkildə edam edilməsini və əsassız həbsləri tənqid edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Hesabatda o, kütləvi edamları, əsassız həbsləri, ifadə azadlığının məhdudlaşdırılmasını və qadınlara qarşı ayrı-seçkilik tədbirlərini tənqid edərək internetdə ifadə azadlığına qoyulan məhdudiyyətlərdən narahatlığını ifadə edib.
BMT-nin baş katibi, həmçinin, İran hakimiyyətindən siyasi məhbusların qeyd-şərtsiz azad edilməsini tələb edib.