ABŞ senatorları İrana neft sanksiyalarını artırmaq üçün plan təqdim ediblər.
"Unikal" xəbər verir ki, ABŞ-ın Respublikaçı senatoru Coni Ernest və Demokrat senatoru Riçard Blumental dünən İrana qarşı neft sanksiyalarını sərtləşdirmək məqsədilə Konqresə ikitərəfli plan təqdim ediblər.
Sözügedən planın məqsədi HƏMAS, İslami Cihad Təşkilatı və Hizbullah kimi yaraqlı proksi qüvvələri və terrorçuların İrandan maliyyə yardımını kəsməkdir.
Eyni zamanda, senatorlar İrana qarşı sanksiyaların tətbiqini intensivləşdirmək üçün 150 milyon dollarlıq fondun yaradılması planını da təqdim ediblər.