Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

"QAZEL" markalı yük maşını velesipedlə yolu keçən Pərvin Kamil oğlu İsmayılovu vurub. O, hadisə yerində ölüb.

Fakt araşdırılır.