Fransanın şimal-qərb regionlarını cənginə alan “Kiaran” qasırğası bir nəfərin ölümünə və ən azı 15 nəfərin xəsarət almasına səbəb olub. Yaralılardan birinin vəziyyəti ağırdır.
"Unikal" xəbər verir ki, Fransanın daxili işlər naziri Jerald Darmanen bu barədə BFMTV telekanalının efirində deyib.
Nazirin sözlərinə görə, qasırğanın şiddətinə baxmayaraq, hakimiyyət orqanları xəsarət alanların sayını minimuma endirməyi bacarıb. Belə ki, təhlükəli ərazilərdə yerləşən vətəndaşların mobil telefonlarına xəbərdarlıq göndərilib.