İranın ali dini liderinin müşaviri, general-mayor Rəhim Səfəvi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr arasında müştərək təhlükəsizlik və davamlı sülhün bərqərar olması üçün model ola biləcək hücum etməmək haqqında paktın bağlanmasını təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb .
“Mən təklif edirəm... birgə təhlükəsizlik və davamlı sülh ilk növbədə ŞƏT-ə üzv ölkələr arasında həyata keçirilsin, bu addımın nümunəsi ŞƏT üzvləri arasında təcavüz etməmək haqqında müqavilənin bağlanması ola bilər”, - deyə iranlı general bildirib.