Fələstin-İsrail münaqişəsi zamanı onlarla təcili yardım maşını zədələnib.
"Unikal"
xəbər verir ki, İsrail qüvvələri Qəzza zolağında Fələstin Qızıl Ayparasının təcili yardım maşınına atəş açıb, tibb işçiləri yaralanıb.
Daha əvvəl ÜST bildirmişdi ki, oktyabrın 7-dən Qəzzada səhiyyə sektoruna 75-ə yaxın hücum qeydə alınıb, 16 tibb işçisi həlak olub, 30-u yaralanıb. 24 təcili yardım maşını və 34 tibb müəssisəsinə ziyan dəyib. 35 xəstəxanadan 23-ü hələ də qismən işləyir, lakin kritik funksiyalar risk altındadır. Vadi Qəzzanın cənubunda cərrahi imkanlara malik cəmi səkkiz xəstəxana qalıb, onların hamısı qismən fəaliyyət göstərir.