HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının 7 oktyabrda başlatdığı “Əqsa tufanı” əməliyyatından sonra İsrailin Qəzzaya intensiv hücumları ilə Yaxın Şərq qan gölünə çevrilib.
"Unikal" xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin məlumatına görə, HƏMAS-ın yüksək rütbəli rəsmisi Qazi Həməd "İsrail məhv edilənə qədər HƏMAS-ın İsrailə qarşı hücumlarının davam edəcəyini açıqlayıb."
HƏMAS-ın ikinci və üçüncü dəfə hücum edəcəyini bildirən Həməd, "İsrailə dərs verməliyik. İkinci və üçüncü dəfə hücum edərək bunu edəcəyik. Əqsa tufanı əməliyyatı yalnız ilk hücum idi. Bir hücum olacaq. ikinci, üçüncü və dördüncü. Bunun əvəzini ödəməli olacaq". "Bunu ödəməyə hazırıqmı? Bəli, bunu ödəməyə hazırıq. Bizə şəhid milləti deyirlər və şəhid verməklə fəxr edirik".
Həməd “Bizim torpaqlarımızda İsrailə yer yoxdur” deyərək, HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam Briqadalarının oktyabrın 7-də başladığı əməliyyatda “tamamilə haqlı” olduğunu müdafiə edib.
Təl-Əviv rəhbərliyinin bölgədə böyük təhlükə yaratdığını iddia edən Hamad, "İsraili yox etməliyik. Bunu deməkdən çəkinmirik" deyə bildirib.