Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statusu ilə bağlı Ermənistanla müqavilə bağlamayacaq.
"Unikal" xəbər verir ki, bu fikri Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ermənistan hakimiyyətinin Roma Nizamnaməsinin tələblərindən yan keçəcək dövlətlərarası saziş imzalamaq təklifini şərh edərkən deyib.
"Düşünürəm ki, bizimlə Ermənistan arasında BCM ilə bağlı əlavə razılaşma olmayacaq. Biz bu strukturu ümumiyyətlə tanımırıq. Niyə biz bu məsələ ilə bağlı hansısa yeni sazişi müzakirə etməliyik?" - o, bildirib
"Əgər biz sülh şəraitində, mehriban qonşuluq şəraitində yaşamaqda davam etmək, bir-birimizə yardım və qarşılıqlı dəstək göstərmək istəyiriksə, düşünürəm ki, erməni həmkarlarımız gec-tez Roma Statutuna qoşulmaq qərarından əl çəkməli olacaqlar", - Cabarov əlavə edib.
Oktyabrın 3-də Ermənistan parlamenti BCM-nin Roma Statutunun ratifikasiyasına səs verib. Bu qərarın lehinə 60, əleyhinə isə 20 deputat səs verib. Məsələnin müzakirəsini boykot edən müxalif “Ermənistan” və “Mənim namusum var” fraksiyaları iclas zalına qayıdıb və əleyhinə səs veriblər. Onlar qeyd ediblər ki, sənədin qəbul edilməsinin Ermənistanın maraqları ilə heç bir əlaqəsi yoxdur və geosiyasi məqsədlər güdür.
Moskvada Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım adlandırıblar.