"Yaxın vaxtlarda ölkədə yeni uzaqdan müdafiə sisteminin təqdimatı keçiriləcək".
"Unikal" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək naziri briqada generalı Rza Aştiani bildirib.
O, vurğulayıb ki, “Şəhid Əliverdi” adına uzaqdan müdafiə sisteminin təqdimatı tezliklə baş tutacaq. Bildirilir ki, təqdimat tarixi ilə bağlı təfərrüatlar daha sonra dərc olunacaq.
Nazir həmçinin İrana qarşı silah embarqosunun ləğvi və bunun müdafiə diplomatiyasına təsirinə toxunub. Onun sözlərinə görə, Tehranın artıq müxtəlif ölkələrlə müdafiə əlaqələri və əməkdaşlığı var ki, bu da əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.